Modern.az

Premyer Liqada mövsümə yekun vurulur

Premyer Liqada mövsümə yekun vurulur

Aktual

21 May 2022, 09:04

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünə yekun vurulacaq.

 

Modern.az xəbər verir ki, 28-ci turun bütün görüşləri eyni gündə baş tutacaq.

 

Əvvəlcə “Zirə” “Şamaxı”nı, “Qəbələ” isə “Sabah”ı qəbul edəcək.

 

“Sumqayıt” “Səbail”lə üz-üzə gələcək. Mövsümə turun mərkəzi matçı olan “Qarabağ” – “Neftçi” oyunu ilə yekun vurulacaq.

 

Azərbaycan Premyer Liqası
28-ci tur
21 may

“Zirə” – “Şamaxı”


Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cavanşir Yusifov, Vüqar Həsənli.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

 

“Qəbələ” – “Sabah”


Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov.
Qəbələ şəhər stadionu, 17:00.

 

“Sumqayıt” – “Səbail”


Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, Tural Qurbanov.
Sumqayıt. “Kapital Bank Arena”, 19:00.

 

“Qarabağ” – “Neftçi”


Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
Bakı. “Azersun Arena”, 19:30.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı