Modern.az

Rusiya Finlandiyaya qaz tədarükünü dayandırdı

Rusiya Finlandiyaya qaz tədarükünü dayandırdı

Aktual

21 May 2022, 10:10

Finlandiyanın "Gasgrid Finland" qaz-nəqliyyat şirkəti Rusiyadan qaz tədarükünün dayandığını elan edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.

 

Qeyd olunur ki, hazırda Finlandiyaya təbii qaz digər bazar iştirakçıları tərəfindən tədarük olunur. Eyni zamanda, ölkədə qaz sisteminin stabil olduğu bildirilir.

 

Xatırladaq ki, ötən gün "Qazprom" şirkəti mayın 21-i səhər saatlarından etibarən Finlandiyaya qaz verilişini dayandıracağını elan etmişdi. Bu qərar Finlandiyanın aprel tədarükləri ilə bağlı ödəniş etməməsi və rublla ödənişə razı olmaması ilə əlaqədar verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı