Modern.az

Daha 40 qazi peşə reabilitasiyasına cəlb olundu - FOTO

Daha 40 qazi peşə reabilitasiyasına cəlb olundu - FOTO

Aktual

21 May 2022, 10:16

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi postmüharibə dövründə daha 40 nəfər müharibə əlilini peşə reabilitasiyasına cəlb edib.

 

Modern.az-ın məlumatına görə, onlar üçün Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində müxtəlif peşələr üzrə kurslar təşkil olunub. Bir qrupu kursları bitirərək müvafiq peşə şəhadətnamələri əldə ediblər. Digərlərinin isə peşə-reabilitasiya kursları davam edir.

 

Peşə kursu keçən qazilərdən 3 nəfəri Türkiyənin Antalya şəhərində əlilliyi olan şəxslər üçün keçirilən tədbirdə də iştirak ediblər.

 

Mərkəzə qəbul olunanlar peşə təlimində olduqları müddətdə burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı