Modern.az

Məhkum müalicə müəssisəsinə narkotik keçirmək istədi

Məhkum müalicə müəssisəsinə narkotik keçirmək istədi

Aktual

21 May 2022, 12:06

Ədliyyə nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

 

Modern.az xəbər verir ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Ramil Akif oğlu Təhməzov müəssisəyə qəbul olunarkən onun üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman belindəki yaranın sarğısının içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 2,794 qram olan narkotik maddə - heroin aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı