Modern.az

Səfər Əbiyev kadr dəyişikliyi etdi

Səfər Əbiyev kadr dəyişikliyi etdi

Aktual

27 Fevral 2013, 14:17

Azərbaycan Müdafiə Nazirliyində kadr dəyişikliyi olub. APA-nın öz hərbi mənbələrindən əldə etdiyi məlumata görə, müdafiə nazirinin əmri ilə polkovnik Vidadi Əsgərov Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisi təyin edilib.

V. Əsgərov bundan əvvəl Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq İdarəsinin rəis müavini vəzifəsində çalışıb. 

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu xəbəri təsdiqləyib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!