Modern.az

Rusiyanın canlı qüvvə itkisi 31 mini KEÇİB

Rusiyanın canlı qüvvə itkisi 31 mini KEÇİB

Aktual

4 İyun 2022, 13:30

Rusiya ordusunun Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikaların yeni sayı açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, fevralın 24-dən bu günə qədər Rusiyanın 31 min 50 hərbçisi məhv edilib.

 

Bundan başqa, Rusiya ordusunun 1376 tankı, 3379 zirehli döyüş maşını, 680 ədəd artilleriya sistemi, 210 RYAS-i (reaktiv yaylım atəş sistemi), 95 hava hücumundan müdafiə sistemi, 210 hərbi təyyarəsi, 175 helikopteri, 2337 nəqliyyat vasitəsi, 13 gəmi-kateri, 540 dronu, 122 qanadlı raket və 52 xüsusi texnikası sıradan çıxarılıb.

 

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından 101 gün ötür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı