Modern.az

Ronaldo mövsümün ən yaxşısı seçildi

Ronaldo mövsümün ən yaxşısı seçildi

Aktual

4 İyun 2022, 19:23

“Mançester Yunayted” klubunda mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.

 

Modern.az xəbər verir ki, Kriştiano Ronaldo mövsümün ən yaxşısı seçilib. 37 yaşlı hücumçu azarkeşlərin səsverməsi ilə mövsümün ən yaxşısı adına layiq görülüb. O, “Mett Basbi” kubokunu alıb.

 

Kriştiano Ronaldo karyerasında 4-cü dəfə bu mükafatı qazanıb ki, bu da qapıçı David De Xea ilə birgə rekorddur. Portuqaliyalı futbolçu 2003/2004-cü, 2006/2007-ci və 2007/2008-ci il mövsümlərində "Mançester Yunayted"də ilin oyunçusu mükafatını alıb.

 

Qeyd edək ki, Kriştiano Ronaldo geridə qalan mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 38 matçda 24 qol vurub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı