Modern.az

Erməni generalın Paşinyana qarşı iddiası rədd edildi

Erməni generalın Paşinyana qarşı iddiası rədd edildi

Aktual

8 İyun 2022, 16:00

Məhkəmə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, general-polkovnik Onik Qasparyanın ölkənin dördüncü prezidenti Armen Sarkisyana və hazırkı baş nazir Nikol Paşinyana qarşı iddiasını təmin etməyib.



Modern.az-ın məlumatına görə, İnzibati Məhkəmədə hakim Rafik Xandanyanın sədrliyi ilə keçirilən proses barədə KİV-ə Onik Qasparyanın nümayəndəsi Şuşanik Stepanyan bildirib.

 

Onik Qasparyan məhkəmədən Ermənistanın sabiq prezidenti Armen Sarkisyanın və baş nazir Nikol Paşinyanın onun vəzifəsindən azad edilməsi haqqında 2021-ci ildə verdikləri qərarların ləğvini tələb etmişdi.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı