Modern.az

Azərbaycan AYİB-lə yeni layihələr icra edəcək

Azərbaycan AYİB-lə yeni layihələr icra edəcək

Aktual

8 İyun 2022, 17:32

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə əməkdaşlığın genişləndirilməsinin perspektivlərini və nəzərdə tutulan yeni layihələri müzakirə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "Facebook" hesabında yazıb.

 

Müzakirələr Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone və həmkarları ilə onlayn şəkildə aparılıb.

 

Xatırladaq ki, Avropa Yenidənqurma və İnkişaf Bankı artıq 30 ildir ki Azərbaycanla əməkdaşlıq edir. Azərbaycan 1992-ci ildən EBRD-nin üzvüdür. Bu günədək bank respublikada 181 layihənin maliyyələşdirilməsi üçün 3,4 milyard avro ayırıb.

 

2019-cu ildə Azərbaycan Texniki Yardım Fondunun və Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Tərəfdaşlığın hər birinə 2 milyon ABŞ dolları ianə etməklə EBRD-nin donorları sırasına daxil olub. Hazırda EBRD Azərbaycanda qeyri-neft sektorunun inkişafına köklənib və ölkənin “yaşıl” iqtisadiyyatına investisiya həcmlərini artırmaqdadır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı