Modern.az

Şəkər xəstəliyinin ilkin əlamətləri

Şəkər xəstəliyinin ilkin əlamətləri

Aktual

9 İyun 2022, 07:53

Bəzən insanlarda şəkər xəstəliyi olur, amma onlar bundan xəbərsiz yaşayırlar. Xəstəlik ağırlaşmalarla üzə çıxanda isə artıq iş-işdən keçmiş olur.

 

Bəs şəkər xəstəliyinin ilkin əlamətləri hansılardır?

 

Modern.az xəstəliyin ilkin əlamətlərini təqdim edir:


* yorğunlaq
* halsızlıq
* ürək yanğısı
* tez-tez sidiyə getmə


* arıqlama və ya hədsiz kökəlmə.
Bundan başqa bəzi əlamətlərdə vardır ki, şəkərli diabetin olmasını tam təsdiq edir. Bunlar aşağıdakılardır:


* çoxlu maye qəbul etmək istəyi
* gecələr sidiyə çıxma
* aşağı ətraflarda yaraların əmələ gəlməsi
* yaraların gec sağalması
* aralıq nahiyyədə qaşınma.


Əgər yuxarıda sadalanan əlamətlərdən bir neçəsi sizdə müşahidə edilərsə, mütləq endokrinoloqa müraciət etməyiniz məsləhət görülür. Çünki xəstəliyin diaqnozu nə qədər tez qoyularsa, sizin həyatınız bir o qədər az təhlükədə olar. Şəkərli diabet xəstəliyi aşkarlanan adam bəzi qaydalara əməl eləməlidir:


* orqanizmində baş verən narahatlıqlar barədə həkimindən heç nəyi gizlətməməlidir


* şəkər xəstəliyi zamanı dieta və müalicə haqqında ətrafdakıların dediklərinə inanmamalıdır


* yanlız həkimin dediyinə əməl etməli, həkimin tapşırıqlarını yerinə yertirməlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı