Modern.az

Zakir Həsənov və Hulusi Akar gecə təlimlərində

Zakir Həsənov və Hulusi Akar gecə təlimlərində

Aktual

9 İyun 2022, 08:36

“Efes-2022” çoxmillətli hərbi təlimlərinin İzmir bölgəsində təşkil olunan “Yüksək səviyyəli müşahidəçi günü”nə aid gecə mərhələsi uğurla başa çatıb.

 

Modern.az xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və onun dəvəti ilə qardaş ölkədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, o cümlədən Türkiyənin ayrı-ayrı qoşun növlərinin komandanları, Ankarada akkreditasiya olunan hərbi attaşelər təlimləri izləyiblər.

 

Təlimdə müəyyən edilən tapşırıqlar tam şəkildə icra edilib. Xarici kütləvi informasiya vasitələrinin əməkdaşları təlimləri lentə alıblar.

 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Yüksək səviyyəli müşahidəçi günü”nün iyunun 9-da keçiriləcək son prosesində çıxışı nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı