Modern.az

TƏBİB kütləvi zəhərlənmə ilə bağlı məlumat yaydı

TƏBİB kütləvi zəhərlənmə ilə bağlı məlumat yaydı

Aktual

9 İyun 2022, 10:32

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) Şəmkirdəki zəhərlənmə ilə bağlı məlumat yayıb.

 

TƏBİB-dən Modern.az-a bildirilib ki, 8 iyun 2022-ci ildə saat 22:50 radələrində 10 nəfər zəhərlənmə diaqnozu ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına daxil olub.



"Vətəndaşlara zəruri təcili tibbi yardım göstərilib və vəziyyətləri stabil olaraq qiymətləndirilir. Zəruri müayinələr tamamlandıqdan sonra vətəndaşların gün ərzində ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulur", - məlumatda deyilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı