Modern.az

“ABŞ sülhün təmin edilməsinə dəstək verəcək” - SƏFİR

“ABŞ sülhün təmin edilməsinə dəstək verəcək” - SƏFİR

Aktual

9 İyun 2022, 10:36

Azərbaycandakı vəzifəm bu yay bitir. Burada səfir olmaq çox xoşdur. Gələcəkdə də ölkələrimiz arasındakı əlaqələr etibarlı əllərdə olacaq.

 

Modern.az xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger söyləyib. O, jurnalistlərə görüşdə ABŞ-ın Cənubi Qafqazda suverenliyə dəstək göstərməyə hər zaman hazır olduğunu diqqətə çatdırıb.

 

“Son 30 ildə biz Azərbaycan ilə qanunun aliliyi, təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində işlər görmüşük. ABŞ növbəti 30 ildə də sülhün təmin edilməsinə dəstək verəcək”, - deyə diplomat vurğulayıb.

 

Səfir Litzenberger, həmçinin Azərbaycanın terrorizmlə mübarizəsini təqdirəlayiq hesab edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı