Modern.az

Nazirlik əməkdaşları 3 azyaşlını xilas ediblər

Nazirlik əməkdaşları 3 azyaşlını xilas ediblər

Aktual

9 İyun 2022, 09:48

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

 

FHN-dən Modern.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 47 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 7 nəfər, o cümlədən Quba rayonunun Vladimirovka kəndində elektrik dirəyinə çıxaraq intihara cəhd edən 1 nəfər xilas edilib, 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı