Modern.az

Toy kortejində avtoşluq edənlər HƏBS OLUNDU

Toy kortejində avtoşluq edənlər HƏBS OLUNDU

Aktual

9 İyun 2022, 10:53

İyunun 7-də saat 16 radələrində Binəqədi rayonu ərazisində toy kortejində avtoxuliqanlıq edən “VAZ-21214”  və  “VAZ-2106” markalı iki avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin avtomobillərin sürücüləri - İmişli rayon sakini M.Miradiyev və Abşeron rayon sakini E.Eyvazov barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə protokol tərtib olunub.

 

Məhkəmənin qərarı ilə onlar 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 1 ay müddətinə inzibati qaydada həbs edilib.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı