Modern.az

Əliyar Ağayev Yunanıstanda finala təyinat aldı

Əliyar Ağayev Yunanıstanda finala təyinat aldı

Aktual

9 İyun 2022, 11:08

Azərbaycanın FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının pley-off oyununa təyinat alıb.

 

Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, 35 yaşlı ədalət təmsilçisi çempionatda qalmaq uğrunda "Veriya" və "Lamiya" arasındakı ilk final qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.

 

Qeyd edək ki, matç iyunun 11-də baş tutacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...