Modern.az

Şirniyyatın içindən heroin çıxdı

Şirniyyatın içindən heroin çıxdı

Aktual

23 İyun 2022, 10:30

Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

 

Penitensiar xidmətdən Modern.az-a verilən məlumata görə, məhkum Kənan İsmayılova tanışı, Bakı şəhər sakini Hədiyyə Əskərova tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı orada olan şirniyyatın içərisində gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 3,725 qram olan narkotik maddə - heroin aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı