Modern.az

Bakıdan Füzuliyə ilk sərnişin avtobusu yola düşdü - FOTOLAR

Bakıdan Füzuliyə ilk sərnişin avtobusu yola düşdü - FOTOLAR

Aktual

25 İyun 2022, 07:25

Bu gün Bakıdan Füzuliyə ilk sərnişin avtobusu yola düşüb.

 

Modern.az xəbər verir ki, avtobus Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən saat 07: 00-da Füzuli istiqamətinə hərəkətə başlayıb.

 

Reyslər həftədə hazırkı mərhələdə 1 dəfə olmaqla təşkil edilib.

 

Qeyd edək ki, Bakı-Füzuli-Bakı marşrutu ilk dəfədir həyata keçirilir. Bakıdan Füzuliyə avtobus biletinin qiyməti (gediş-gəliş) 19 manat 40 qəpikdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...