Modern.az

Dənizdə ölüm təhlükəsi: 3 nəfər xilas edildi

Dənizdə ölüm təhlükəsi: 3 nəfər xilas edildi

Aktual

25 İyun 2022, 07:40

“Qızılqum”, “Görədil” və “Şüvəlan” sularında xilasetmə məntəqəsi ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları cəlb edilib.

 

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində batma təhlükəsində olan üç nəfərin həyatı xilas olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...