Modern.az

Cüdo millimiz Polşa yığmasına qalib gəldi

Cüdo millimiz Polşa yığmasına qalib gəldi

Aktual

26 İyun 2022, 21:08

Xorvatiyanın Poreç şəhərində yeniyetmə cüdoçular arasında Avropa birinciliyinin komanda yarışları keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan cüdoçuları üçüncü yer uğrunda Polşa yığmasına 4:2 hesabı ilə qalib gələrək çempionatın bürünc medalını qazanıblar.

 

Qeyd edək ki, yeniyetmə oğlanlardan ibarət milli komandamız fərdi yarışlarda 2 qızıl, 4 bürünc medal qazanaraq Avropa birinciliyində medal əyarına və sayına görə birinci yeri tutub. Ümumi komanda hesabında isə 3 qızıl, 1 gümüş və 4 bürünc medalla Azərbaycan yığması ikinci yeri tutub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...