Modern.az

Türkiyədə müalicə alan qazilərimiz ziyarət edilib

Türkiyədə müalicə alan qazilərimiz ziyarət edilib

Aktual

27 İyun 2022, 00:21

Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Silahlı Qüvvələrin hərbi attaşesi polkovnik Müşfiq Məmmədov 44 günlük Vətən müharibəsində yaralanmış və qardaş ölkədə müalicə alan qazilərlə görüşüb.

 

Modern.az xəbər verir ki, Müşfiq Məmmədovu səfirliyin və Hərbi Attaşelik Aparatının nümayəndələri müşayiət ediblər.

 

Onlar Bursa, Kocaəli və İstanbul şəhərlərində müalicə alan qazilərimizi ziyarət edərək, onları 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə təbrik ediblər.

 

Modern.az xəbər verir ki, görüşdə 44 günlük Vətən müharibəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun şanlı qələbəsi xoş sözlərlə xatırlanıb.

 

Müqəddəs Vətən torpaqlarının düşmən tapdağından azad olunmasında misilsiz qəhrəmanlıq göstərən qazilərimizə can sağlığı arzuları çatdırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı