Modern.az

Batmanda “Qarabağ parkı” açılacaq - FOTO

Batmanda “Qarabağ parkı” açılacaq - FOTO

Aktual

27 İyun 2022, 18:18

İyunun 30-da Türkiyənin Batman şəhərində Azərbaycan Ordusunun Qarabağda qazandığı hərbi zəfər münasibəti ilə “Qarabağ parkı”nın açılışı olacaq.

 

Modern.az "Haber Global"a istinadən xəbər verir ki, “Qarabağ parkı”nın sahəsi 15 397 kvadratmetr təşkil edir.

 

Parkda uşaqlar üçün oyun meydançası, dekorativ hovuz, baxış terrası və tematik parklar yaradılıb.

 

Parkın açılışında Azərbaycanın tanınmış rəssamlarının əsərləri nümayiş etdiriləcək. Həmçinin parkın açılışında xalq artisti Azərin öz ifası ilə çıxış edəcək.

 

Açılışa Batman bələdiyyəsi rəsmiləri və Azərbaycan nümayəndələri qatılacaq.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı