Ukraynanın Poltva vilayətinin Kremençuk şəhərində ticarət mərkəzinə endirilən raket zərbələri nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb, 40 nəfər isə xəsarət alıb.
Modern.az xəbər verir ki, bu barədə Poltava Vilayət Hərbi Administrasiyasının rəhbəri Dmitri Luninin məlumat yayıb.
Onun sözlərinə görə, hazırda xilasetmə işləri davam etdirilir, raket hücumu zamanı ticarət mərkəzində çoxsaylı insan olub. Ölü sayının artacağı ehtimal edilir.
***
19:50
Ukraynanın Poltva vilayətinin Kremençuk şəhəri raket atəşinə tutulub.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Raketlərin biri Kremençuk şəhərində yerləşən ticarət mərkəzinə düşüb. Hücum vaxtı ticarət mərkəzində çoxlu sayda insan olub.
Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kiril Timoşenko teleqram kanalında bildirib ki, ilkin məlumata əsasən, hadisə nəticəsində azı 20 nəfər yaralanıb, iki nəfər isə həlak olub.
Hazırda ərazidə xilasetmə işləri aparılır.