Modern.az

ABŞ-da peyvənd olunmayan hərbçilər işdən çıxarılacaq

ABŞ-da peyvənd olunmayan hərbçilər işdən çıxarılacaq

Aktual

27 İyun 2022, 20:00

1 iyul 2022-ci ilədək məcburi COVID-19 vaksini vurdurmalı olan ABŞ Milli Qvardiya qoşunları arasında şəxsi heyətin yalnız 13%-i və ya təxminən 40.000 nəfər peyvənd olunub.

 

Modern.az-ın xəbərinə görə, bu barədə CBC News məlumat yayıb.

 

Bildirilib ki, altı ştatda Milli Qvardiyanın 20%-dən 30%-ə qədəri peyvənd olunmayıb, digər 43 ştatda isə 10%-dən çoxu hələ də peyvənd edilməlidir. Milli Qvardiyanın daha 7 min əsgəri dini zəmində peyvənddən azad olmağa çalışır: “Milli Qvardiyanın liderləri deyirlər ki, ştatlar əsgərləri vaxtında peyvənd almağa təşviq etmək üçün əlindən gələni edir”.

 

Qeyd edilib ki, iyunun 30-dan sonra peyvənd vurdurmayan hərbçilərin maaşı verilməyəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı