Odlar Yurdu universitetinin 3-cü kurs tələbəsi dənizdə boğulub.
Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" feysbuk səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, 2001-ci il təvəllüdlü Əhmədov Novruz Elnur oğlu dənizdə çimərkən boğulub. O, Bakıda kirayədə yaşayırmış. Həmçinin sosial şəbəkədə onun dostları ilə son yazışması da paylaşılıb.
Qeyd edək ki, iyunun 24-də dənizdə daha bir tələbə batıb. 2003-cü il təvəllüdlü Bəylərov Eldar Qoşqar oğlu Gürcüstan universitetlərinin birində diş həkimliyi üzrə təhsil alırdı.