Modern.az

Gürcüstan Rusiyaya gedən maşınları Azərbaycana YÖNƏLTDİ

Gürcüstan Rusiyaya gedən maşınları Azərbaycana YÖNƏLTDİ

Aktual

27 İyun 2022, 22:14

Gürcüstanda Rusiyaya gedən nəqliyyat vasitələrinin sahibləri Azərbaycanla sərhəddəki “Qırmızı körpü” və “Laqodexi” gömrük məntəqələri vasitəsilə sərhədkeçmə prosedurlarını həyata keçirə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

 

Bildirilib ki, Dəryal dərəsindəki meteoroloji vəziyyətlə əlaqədar Gürcüstan-Rusiya sərhədindəki “Kazbeqi” gömrük-keçid məntəqəsi müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

 

Diqqətə çatdırılıb ki, hava şəraitinin yaxşılaşması və bərpa işlərindən sonra “Kazbeqi” məntəqəsi adi rejimdə fəaliyyətini davam etdirəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...