Modern.az

Zəhərli qaz sızması: 10 ölü, yüzlərlə yaralı var

Zəhərli qaz sızması: 10 ölü, yüzlərlə yaralı var

Aktual

27 İyun 2022, 23:37

İordaniyanın Aqaba limanında zəhərli qaz sızması nəticəsində 10 nəfər ölüb, azı 250 nəfər yaralanıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Əl-Mamlaka” telekanalı məlumat yayıb.

 

Hadisə zəhərli qazla dolu çənin daşınması zamanı trosun qırılması səbəbindən baş verib. Nəticədə içindəki maddə sürətlə ətrafa yayılıb.

 

Sonradan məlum olub ki, çəndə maye xlor olub.

 

Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb. Onların təxliyəsinə aviasiya cəlb olunub. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı