Modern.az

Ərdoğan İranın xarici işlər nazirini qəbul etdi

Ərdoğan İranın xarici işlər nazirini qəbul etdi

Aktual

27 İyun 2022, 23:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianı qəbul edib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib. Dövlət başçısının XİN rəhbəri ilə görüşü mətbuata qapalı olub.

 

Daha əvvəl Türkiyə və İranın XİN başçıları arasında görüş keçirilib. Nazirlər Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlığı, ölkələr arasında ticarət əlaqələri, Birgə İqtisadi Komissiyanın növbəti toplantısını və regional əməkdaşlığı müzakirə ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı