Gürcüstanla Rusiya arasında avtomobillərin hərəkəti bərpa olunub.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.
Bildirilib ki, intensiv işlər nəticəsində Msxeta-Stepantsminda-Lars magistral yolununun 136 kilometrində avtomobillərin hərəkəti bərpa edilib. Hazırkı mərhələdə nəqliyyat vasitələri müvəqqəti yoldan istifadə edə bilər. Paralel olaraq yolda əsaslı təmir işləri aparılacaq.
Qeyd edək ki, leysan yağışları Rusiya-Gürcüstan sərhədinin neytral zonasında yerləşən yolun zədələnməsinə səbəb olub. Nəticədə "Kazbegi" gömrük-keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb.