Modern.az

Yük maşınında 46 miqrantin meyiti TAPILDI

Yük maşınında 46 miqrantin meyiti TAPILDI

Aktual

28 İyun 2022, 09:00

ABŞ-ın Texas ştatının San Antonio şəhərində yük avtomobilin qoşqusunda 46 miqrantın cəsədi aşkarlanıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şəhərin xilasetmə xidməti məlumat yayıb.

 

Bildirilib ki, qoşquda dörd azyaşlı da daxil olmaqla tapılan daha 16 nəfər istilik vurması və hava çatışmazlığı diqanozu ilə xəstəxanaya yerləşdirib. Bundan əlavə, üç nəfər polis tərəfindən həbs edilib.

 

Yük maşını şəhərin cənubunda ucqar ərazidə dəmir yollarının yanında tapılıb. İlkin ehtimala görə, miqrantlar hava çatışmamazlığından həyatlarını itiriblər.

 

Meksikanın xarici işlər naziri Marselo Ebrard miqrantların yük maşınında boğulmasını "Twitter"-də “Texas faciəsi” adlandırıb və onların milliyyəti təsdiqlənməsə də, yerli konsulluğun hadisə yerinə yollandığını bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı