Modern.az

Rusiyada fövqəladə vəziyyət elan edildi

Rusiyada fövqəladə vəziyyət elan edildi

Aktual

28 İyun 2022, 09:32

Rusiyanın Yakutiya bölgəsində meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

 

Modern.az xəbər verir ki, bu barədə vilayətin rəhbəri Aysen Nikolayev əmr imzalayıb.

 

Bildirilib ki, bölgədə meşə yanğınlarının sayı 60-a yüksəlib. Yanğınlar ümumilikdə 80 986,5 hektar ərazini əhatə edir. 

 

"Fövqəladə vəziyyət rejiminin saxlanması, yanğın təhlükəsinin pik həddə çatmasına hazırlaşmaq üçün resursları səfərbər etmək üçün lazımdır", - Nikolayev bildirib.

 

Vurğulanıb ki, 10 rayonda yüksək yanğın təhlükəsi dərəcəsi müəyyən edilib. Bundan əlavə, Tomponski və Mırnınski rayonlarında bələdiyyə səviyyəsində fövqəladə vəziyyət tətbiq olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı