Ukraynanın Poltva vilayətinin Kremençuk şəhərində ticarət mərkəzinə endirilən raket zərbələri nəticəsində ölənlərin sayı artıb.
Modern.az xəbər verir ki, indiyədək 18 nəfərin ölümü təsdiqlənib, hazırda 50-dən çox yaralının olduğu bildirilir. Bundan əlavə, 35 nəfər itkin düşmüş sayılır.
Rusiyanln hücumu ilə əlaqədar bu gün BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək.
Qeyd edək ki, ötən gün Ukraynanın Poltva vilayətinin Kremençuk şəhəri raket atəşinə tutulub. Raketlərin biri Kremençuk şəhərində yerləşən ticarət mərkəzinə düşüb. Hücum vaxtı ticarət mərkəzində çoxlu sayda insan olub.