Modern.az

Gəncədə avtoservisin tikintisi dayandırıldı - VİDEO

Gəncədə avtoservisin tikintisi dayandırıldı - VİDEO

Aktual

28 İyun 2022, 14:12

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən Gəncə şəhəri, Ş.İ.Xətai prospektində vətəndaş Kərimov Kamil Elbrus oğlu tərəfindən müvafiq icazəverici sənədlər olmadan avtoservis məntəqəsinin tikintisinin aparılması faktı aşkar edilib.

 

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı