Modern.az

Yol polisindən MÜRACİƏT: Burada maşın saxlamayın!

Yol polisindən MÜRACİƏT: Burada maşın saxlamayın!

Aktual

10 İyul 2022, 16:54

Qurban bayramı ilə bağlı nəzərdə tutulmuş istirahət günlərində, eləcə də havaların isti keçməsi ilə əlaqədar vətəndaşlara yol hərəkəti qaydalarına ciddi riayət etmələrini tövsiyə edirik.

 

Bunu Modern.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

 

DYP rəsmisi bildirib ki, dəniz kənarında istirahət edən şəxslər yolun hərəkət istiqamətində avtomobil saxlamasınlar:

 

"Xüsusilə sürət həddi yüksək olan yollarda - Binəqədi, Sabunçu, Suraxanı, Qaradağ, Xəzər, Səbail və Abşeron rayonların ərazisində yol kənarında ümumi istifadədə olan yollarda maneələr yaratmasınlar. Hər hansı istehlak ehtiyaclarını ödəmək məqsədilə yol kənarında yerləşən iaşə obyektlərinin, ticarət müəssisələrinin kənarında dayanma-durma qaydalarının tələblərini pozmamağa çağırırıq. Bu cür davranışlar digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olur. Hər kəsə qaydalara düzgün riayət etməli olduqlarını bir daha xatırlatmaq istəyirik".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...