Modern.az

Qazaxıstan 3 ölkəyə “yaşıl işıq” yandırdı

Qazaxıstan 3 ölkəyə “yaşıl işıq” yandırdı

Aktual

10 İyul 2022, 17:15

Sabahdan etibarən üç ölkənin vətəndaşları Qazaxıstana işgüzar səfərlərə, fərdi məqsədlərlə və turist gəzintilərinə vizasız gələ biləcəklər.

 

Modern.az xarici KİV-lərə istinadla xəbər verir ki, rəsmi Nur-Sultan Çin, Hindistan və İran vətəndaşları üçün birtərəfli qaydada vizasız gediş-gəliş açır.

 

Miqrasiya Xidməti Komitəsinin məlumatında deyilir ki, bundan sonra Çin və Hindistan üçün tətbiq edilən 72 saatlıq xüsusi vizasız keçid rejimi qüvvədən düşmüş sayılır. Bundan sonra həmin ölkələrin və İranın vətəndaşları 14 təqvim günü müddətində Qazaxıstan ərazisində qala biləcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı