Modern.az

Şəhid ailələri və qazilərə Qurban sovqatı paylanıb

Şəhid ailələri və qazilərə Qurban sovqatı paylanıb

Aktual

10 İyul 2022, 23:30

"Beneluks Azərbaycanlıları Konqresi" və "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək təşkilatının birgə təşkilatçılığı ilə müqəddəs Qurban bayramı münasibətilə sovqat paylanıb.

"Dayaq" təşkilatının sədri Qalib Əliyev xeyriyyə tədbirində çıxış edərək bidirib ki, şəhid ailələri və qazilərin ailələri bizlərə əmanətdir. O, qərəman Vətən övladlarının döyüş meydanında tarix yazdığını, haqq savaşında şücaət göstərərək düşmənin 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı azad etməklə xalqımıza möhtəşəm Qələbə bəxş etdiklərini vurğulayıb.

Qalib Əliyev bundan sonra da şəhid ailələri və qazilərə, müharibə iştirakçılarına diqqət və qayğının davam etdiriləcəyini bildirib.

Qeyd edək ki, xeyriyyə məqsədli tədbirdə 100-ə yaxın ailəyə bayram sovqat çatdırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı