Modern.az

Qızıl medal qazanacağıma əmin idim - Hidayət Heydərov

Qızıl medal qazanacağıma əmin idim - Hidayət Heydərov

Aktual

11 İyul 2022, 00:40

“Euronews” xəbər kanalı Macarıstanda keçirilən “Böyük dəbilqə” turniri haqqında verdiyi süjetdə qalib cüdoçumuz Hidayət Heydərova da yer ayırıb.

 

Modern.az xəbər verir ki, süjetdə 73 kiloqram çəki dərəcəsində yarışan Heydərovun dünya çempionu olan gürcüstanlı Laşa Şavdatuaşvilini “golden score” bölümündə geridə qoyduğu bildirilir.

 

Cüdoçumuz müsahibəsində deyib: “Bu səhər yuxudan oyananda özümü gümrah hiss edirdim və finala vəsiqə qazanacağımı bilirdim. Finala çıxanda isə artıq əmin idim ki, qələbəni heç vaxt rəqibimə verməyəcəyəm. Buna görə də qızıl medal qazanacağıma əmin idim”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı