Modern.az

“Lex”in “Qarabağ”la oyun üçün səfər proqramı

“Lex”in “Qarabağ”la oyun üçün səfər proqramı

Aktual

11 İyul 2022, 09:06

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda Ağdamın “Qarabağ” klubu ilə Bakıda qarşılaşacaq Polşanın “Lex” komandasının səfər proqramı məlum olub.

 

Modern.az xəbər verir ki, Polşa klubu iyulun 11-də səhər saatlarında Poznan şəhərindən paytaxtımıza birbaşa çarter reysi ilə gələcək. “Lex” Bakıya çatmaq üçün 4,5 saat yol qət edəcək. Komanda oyundan dərhal sonra Bakıdan ayrılacaq.

 

Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lex” matçı saat 20:00-da başlayacaq. Bu komandalar arasındakı ilk oyun “Lex”in 1:0 hesablı qələbəsi ilə başa çatıb

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı