Modern.az

Avropa çempionatını keçirmək hüququ Moskvadan alınaraq Bakıya verildi

Avropa çempionatını keçirmək hüququ Moskvadan alınaraq Bakıya verildi

Aktual

16 İyul 2022, 14:14

2023-cü ildə Moskvada keçirilməsi nəzərdə tutulan bədii gimnastika üzrə Avropa çempionatı Bakıda baş tutacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa Gimnastika İttifaqının (UEG) mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, yarışlar mayın 17-23-də təşkil olunacaq.

 

Xatırladaq ki, martın əvvəlində Beynəlxalq Gimnastika Federasiyası (FIG) Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus idmançılarının təşkilatın himayəsi altında keçirilən yarışlarda iştirakına qadağa qoyub.

Sizə yeni x var
Keçid et
Təcili! ABŞ hücuma keçdi - İrana ağır zərbələr