Modern.az

Qardaş ölkələrin dəstəkləmədiyi sahə yoxdur - Rəsmi Ankara

Qardaş ölkələrin dəstəkləmədiyi sahə yoxdur - Rəsmi Ankara

Aktual

16 İyul 2022, 15:43

Ankara və Bakı münasibətlərinin dinamikası bölgənin rifahı üçün əhəmiyyətlidir.

 

Modern.az xəbər verir bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

 

“Əlaqələrimizin hər sahədə inkişafı sadəcə iki qardaş ölkənin deyil, eyni zamanda, region ölkələrinin də rifahına xidmət edir”, - deyə administrasiyadan bildiriblər.

 

Açıqlamada o da qeyd olunub ki, bu gün hər iki dövlət siyasi arenada güc qazanmaqla yanaşı, qlobal enerji layihələrinə də imza atıb.

 

“İki qardaş ölkənin bir-birini dəstəkləmədiyi sahə yoxdur. Bundan sonra da əvvəlki illərdə olduğu kimi, sıx əməkdaşlıq edəcəyik”, - deyə Türkiyə PA-dan vurğulayıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı