Modern.az

Daha iki qazimiz əməliyyat olundu 

Daha iki qazimiz əməliyyat olundu 

Güncel

16 İyul 2022, 20:26

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda Vətən müharibəsinin daha iki qazisi - Elvin Tağızadə və Qulu Ağaşov əməliyyat olunub.

 

Bu barədə Modern.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilib.

 

İnstitutun direktoru Elviz Qasımovun rəhbərliyi ilə hər iki əməliyyat travmatoloq-cərrah Kamil Eyvazov tərəfindən icra edilib.

 

Müharibə zamanı Elvin Tağızadənin baldır və bud nahiyələri qəlpə ilə yaralanıb. Onun baldır nahiyəsində sümük qısalığı, əzələ və damar sinir paketində isə zədələnmə olub. Eyni zamanda, onun pəncə nahiyəsində sinir zədələnməsi səbəbilə “sallanmış ayaq” sindromu yaranıb. Xəstəyə aşıq-baldır oynağının artrodez əməliyyatı və ayaq deformasiyasının ləğvi əməliyyatı icra edilib. Əməliyyat uğurla nəticələnib və ayağının deformasiyası tam olaraq aradan qaldırılıb.

 

Qulu Ağaşov isə bud nahiyəsindən qəlpə ilə yaralanıb. Aşağı ətrafda oturaq sinir zədələnməsi səbəbilə ayaq nahiyəsində deformasiya baş verib. Eləcə də müayinə zamanı ayağının orta hissəsində yarımçıxıq olduğu da bəlli olub. Əməliyyatı uğurla baş tutub və ayağının deformasiyası tamamilə aradan qaldırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı