Modern.az

"Kimsə Prezident sərəncamını müzakirə edib ki, mən də edəm?"

Aktual

16 İyul 2022, 21:32

“Azərbaycanda vəzifədən gedən kimsə Prezident sərəncamını müzakirə edib ki, mən də edəm? Cənab Prezident belə məsləhət görübsə, nəsə demək yersizdir”.

 

Modern.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Prezidentin Gömrük Komitəsinin sədri vəzifəsindən azad etdiyi Səfər Mehdiyev deyib.

 

Həbs olunması ehtimalı barədə iddialara gəlincə, Mehdiyev belə deyib:

”Kimsə yuxuda nəsə görürsə, ağlına gələni danışırsa mən ona fikir bildirməli deyiləm. Hazırda evimdəyəm”.

 

“Gömrük Komitəsinin həbs edilən yüksək vəzifəli şəxslərini günahkar hesab edirsinizmi” sualına isə Səfər Mehdiyev cavab verməkdən yayınıb.

 

”Oldu, təşəkkür edirəm, sağolun” deyən Mehdiyev telefonun dəstəyini asıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı