Modern.az

Şri-Lankanın yeni prezidenti bu tarixdə seçiləcək 

Şri-Lankanın yeni prezidenti bu tarixdə seçiləcək 

Aktual

16 İyul 2022, 21:56

Şri-Lanka dövlət başçısı vəzifəsinə namizədlər iyulun 19-da təqdim edilməlidir.

 

Modern.az xəbər verir ki, bu barədə Şri-Lanka parlamentinin baş katibi Dhamika Dasanayake məlumat yayıb.

 

Birdən çox namizədin təqdim olunması gözlənilir. İyulun 20-də parlamentdə səsvermə keçiriləcək. Deputatlar ölkənin yeni liderini seçəcəklər. 

 

Seçilmiş namizəd istefa vermiş prezidentin səlahiyyət müddətinin sonuna, 2024-cü ilə qədər həmin vəzifəni icra edəcək. noyabr

 

Şri-Lankanın prezidenti səlahiyyətlərini icra edən baş nazir Ranil Vikramasinqedir. O, həm də prezidentliyə əsas namizədlərdən biridir.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı