Modern.az

"Mercedes"in yubiley limuzininin qiyməti bəlli oldu

Aktual

17 İyul 2022, 09:00

“Mercedes-Benz” V12 mühərrikli “Maybach” yubiley limuzininin qiyməti ilə avtomobil həvəskarlarını heyran edib.

 

Modern.az xəbər verir ki, brendin yüz illiyi şərəfinə hazırlanan xüsusi versiyalı avtomobil 592 min dollara (təxminən 1 milyon manat) başa gələcək.

 

Xüsusi versiyanın fərqləndirici xüsusiyyətləri iki rəngli kuzovu, xüsusi boz təkərlər və maksimum avadanlıqdır.

 

Hələlik Alman markası texniki detalları açıqlamır, bununla belə, flaqman “Mercedes-Maybach” S-Class modelinin 600 at qüvvəsi üzərində gücə malik olan 6,0-litrlik V12 biturbo mühərriki ilə təchiz edildiyi bildirilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı