Modern.az

"QAZ-24"ü qaçıran şəxs saxlanıldı - FOTO

"QAZ-24"ü qaçıran şəxs saxlanıldı - FOTO

Aktual

18 İyul 2022, 09:00

İyulun 17-də Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə şəhər sakininə məxsus “GAZ-24” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, polis bölməsinin  əməkdaşlarının isti izlərlə həyata keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçıran şəhər sakini, əvvəllər məhkum olunmuş Zahir Həsənov saxlanılıb. Araşdırmalar zamanı şübhəli şəxsin sərxoş halda avtomobil qaçırması məlum olub. 

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təcili! ABŞ hücuma keçdi - İrana ağır zərbələr