Modern.az

İcra başçısı Milli Qəhrəmana xəstəxanada baş çəkdi

İcra başçısı Milli Qəhrəmana xəstəxanada baş çəkdi

Aktual

18 İyul 2022, 09:44

İcra başçısı Milli Onkologiya Mərkəzində müalicə alan Azərbaycanın Milli Qəhrəmanı ziyarət edib. 

 

Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bir qrup ictimai fəalla birgə, səhhətində yaranmış ciddi problemləri ilə bağlı Bakı şəhərində yerləşən Milli Onkologiya Mərkəzində müalicə alan, Goranboy rayonu Kəpənəkçi kəndindən  Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayevi ziyarət edib, ona sağlamlığı ilə bağlı şəfa arzulayıb.

 

Xəstəxananın baş həkimi ilə görüşən icra başçısı Milli Qəhrəmana  göstərilən xüsusi diqqət və qayğı görə minnətdarlığını bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı