Modern.az

Səfər Mehdiyevin adı Gömrük Komitəsinin saytından ÇIXARILDI

Səfər Mehdiyevin adı Gömrük Komitəsinin saytından ÇIXARILDI

Aktual

18 İyul 2022, 11:24

Şənbə günü Prezidentin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Səfər Mehdiyevin adı nəhaət bu gün qurumun rəsmi saytındakı “Rəhbərlik” bölməsindən çıxarılıb.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi KİV-lərdə Səfər Mehdiyevin adının Dövlət Gömrük Komitəsinin saytından rəsmi sərəncam veriləndən sonra iki sutka ərzində çıxarılmamasına irad tutulmuşdu.

Modern.az-ın məlumatına görə, hazırda Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinin birinci müavin, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov tərəfindən icra olunduğu bildirilir.


 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı