Modern.az

Ərini öldürən qadına 9 il iş KƏSİLDİ

Ərini öldürən qadına 9 il iş KƏSİLDİ

Aktual

18 İyul 2022, 11:52

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Gülnar Vəlizadənin işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Modern.az-ın məlumatıan görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə G.Vəlizadə 9 il azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb.

 

1990-cı il təvəllüdlü Elşən Əlizadə həyat yoldaşı 1991-cı il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən bıçaqlanıb.

 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olmayıb.

 

G.Vəlizadəyə qarşı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı