Modern.az

Azərbaycanlıların ən çox səfər etdiyi ÖLKƏLƏR

Azərbaycanlıların ən çox səfər etdiyi ÖLKƏLƏR

Aktual

18 İyul 2022, 12:14

Bu ilin yanvar-iyun ayları ilə Azərbaycandan xaricə 680,8 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çox ölkə vətəndaşı gedib.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, ölkə vətəndaşlarının 47,6 %-i Türkiyəyə, 15,7 %-i Rusiyaya, 13,3 %-i İrana, 8,1 %-i Gürcüstana, 15,3 %-i digər ölkələrə səfər edib.

 

Onların 65,9 %-ni kişilər, 34,1 %-ni isə qadınlar təşkil edib.

 

Ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedənlərin sayı 5,2 dəfə, Türkiyəyə gedənlərin sayı 2,7 dəfə, Gürcüstana gedənlərin sayı 2 dəfə, Rusiyaya gedənlərin sayı isə 29,1 % artıb.

 

Xaricə səfər etmiş Azərbaycan vətəndaşlarının 55,4 %-i hava, 42 %-i dəmir yolu və avtomobil, 2,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı