Modern.az

Narkotik yetişdirənlər saxlanıldı - FOTO

Narkotik yetişdirənlər saxlanıldı - FOTO

Aktual

18 İyul 2022, 11:12

Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən rayon sakini Mehman Bayramov saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, şübhəli şəxsin fərdi yaşayış evinin həyətyanı sahəsindəki istixanadan xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkilərinin olması müəyyən edilib. Əraziyə baxış zamanı oradan 17 ədəd ümumi çəkisi 5 kq-dan çox olan narkotik çətənə kolları aşkarlanaraq götürülüb.

 

Şöbənin Cinayət-Axtarışı Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakini Sənani Cəfərovun yaşadığı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Aşkarlanan çətənə kolları ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı